31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Minimum pensiyanın artırılması 65 min şəxsi əhatə edəcək

Minimum pensiyanın artırılması 65 min şəxsi əhatə edəcək

Ölkəmizdə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20 faiz artımla 200 manatdan 240 manata çatdırılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, minimum pensiyanın artırılması 65 min pensiyaçını əhatə edəcək. Onlardan 44 min şəxsin pensiyaları artırılaraq 240 manata çatdırılacaq. Digərləri isə il ərzində pensiyaya çıxan şəxslər olacaq ki, onlara təyin edilən pensiyanın minimum məbləği artıq 200 deyil, 240 manat təşkil edəcək. Artım üçün illik 13,2 milyon manat əlavə vəsait ayrılacaq.

Ümumilikdə, sosial ödənişlərdə ardıcıl xarakter alan ciddi artım dinamikası pensiya təminatında da aydın şəkildə özünü göstərir. Son üç ildə həyata keçirilən sosial islahatların nəticələrindən biri kimi, ölkəmizdə minimum pensiya 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatdırılıb.

2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edək ki, gələn il minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu 36,4 faiz üstələyəcək.

Minimum pensiya kimi, orta aylıq pensiya da mütəmadi artmaqda davam edir. Son üç ildə orta aylıq pensiya 60 faiz artaraq 331 manata, yaşa görə pensiya 358 manata çatıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?