31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hazırda “Məşğulluq” altsistemində 14 min aktiv vakansiya var

Hazırda “Məşğulluq” altsistemində 14 min aktiv vakansiya var

Bu ilin avqust ayında "Məşğulluq marafonu" elan olunub. İndiyədək 600-ə yaxın işəgötürən proqrama qoşulub və 3760-dən çox vakansiya elan edilib. İndiyədək 1300-dək şəhid ailə üzvü və qazi marafon çərçivəsində işlə təmin edilib: "Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək “Məşğulluq” marafonu ilə yox, həm də özünüməşğulluq proqramları ilə əhatə olunublar. 6 mindən çox ailə özünüməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub. Ümumilikdə, 8 mindən çox şəhid ailəsi, müharibə əlilləri özünüməşğulluq proqramları ilə əhatə olunub və bu proses davam edəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda jurnalistlərə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, indiyədək dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8 min 485 şəxsə işsizlikdən sığorta təyin olunub".

Nazir onu da deyib ki, “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?