2 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid ailələri və müharibə əlillərinə, digər həssas qruplardan olanlara daha 50 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Xocasən qəsəbəsində şəhid ailələri, müharibə əlilləri, gözdən əlilliyi olan şəxslər və dövlət uşaq müəssisələrinin məzunlarına daha 50 mənzil təqdim edilib.

Mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib.

H.Abdullayev bildirib ki, bu gün, oktyabrın 25-i Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun ötən il Vətən müharibəsində əldə etdiyi Qələbələrdən biri kimi Qubadlının işğaldan azad edildiyi gündür. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Qubadlı bu gün azaddır və azad edilmiş bütün yurd yerlərimiz kimi, orada da üçrəngli bayrağımız dalğalanır.

Nazir müavini möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini bildirib. Artıq 31 min şəxsin bu dəstək tədbirləri ilə əhatə olunduğunu deyib. O qeyd edib ki, Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə növbəti mənzillərin təqdim edilməsi dövlətimizin həm də sosial sahədə güclü, uğurlu siyasətini göstərir.

H.Abdullayev ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verildiyini, dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, 2021-ci il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri davam etdirilir və onlardan artıq 1850 mənzil verilib. Vətən Müharibəsi qəhrəmanlarının, onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri davam etdirilir.

Yeni mənzillərlə təmin edilənlər Prezident İlham Əliyevin xüsusi qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Onlar bu gün yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?