1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tələbə Krediti Fondu təhsil almaq istəyənlər üçün əlavə imkanlar açır

Dövlət başçısının “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı vətəndaşların təhsil imkanlarının genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyeva bildirib ki, yeni Fond təhsilin maliyyələşdirməsinin ən yeni mexanizmlərindən biri kimi təhsil almaq istəyənlər üçün bərabər imkanlar yaradacaq.

“Dünyada 4-cü sənaye inqilabının yaratdığı yeni növ rəqabətə hazır olmaq və dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün hər bir ölkə yüksək rəqabətli insan kapitalını formalaşdırmalıdır. Təhsil Tələbə Krediti Fondu təhsil almaq arzusunda olan həssas və aztəminatlı ailələrdən gələn və digər dövlət təhsil maliyyələşdirmə mexanizmlərindən yararlana bilməyən bütün gənclər üçün yeni resurs mənbəyi olacaq.

Azərbaycanda ali təhsilin 50 faizə yaxını dövlət tərəfindən maliyyələşdirilir. Yeni Fond təhsil almaq istəyənlər üçün mövcud dövlət maliyyələşmə mexanizmlərini əvəz etmir, əksinə, əlavə imkanlar açır. Fondun yaradılması ölkəmizdə insan kapitalına üstünlük verilməsinin tərkib hissəsidir. Resurs iqtisadiyyatından səmərəlilik iqtisadiyyatına keçid dövründə qara qızılı – nefti əvəz edəcək ən yaxşı iqtisadi sərvət ölkəmizin insan kapitalı ola bilər.

Azərbaycan Respublikasının beynəlxalq rəqabətliliyini dayanıqlı inkişafı şərtləndirən elm və təhsilə investisiya qoymaqla təmin etmək mümkündür. Bunun üçün dövlətimiz inkişaf etmiş ölkələrdə tətbiq olunan bütün təhsilə dəstək mexanizmlərindən istifadə edir”.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?