11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisinin hesablanması

Vergi Məcəlləsində işçiyə başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinə görə ödənilən kompensasiyadan və işçinin işdən çıxdığı ayın əməkhaqqından tutulan gəlir vergiləri fərqləndirilir. İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiyası ayrı-ayrılıqda həmin illərdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, yəni Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ əsasən gəlir vergisinə cəlb edilir:

Vergi tutulan gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 fazi
2500 manatdan çox olduqda 350 manat+2500 manatdan çox olan məbləğlərin fazi

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8.000 manatadək 0 faiz
8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi

Burada Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin də həmin illər üçün qüvvədə olan müddəaları - fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi nəzərə alınır.
İqtisadçı ekspert Anar Bayramov diqqəti işçinin başa çatan iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiyası ödənilərkən gəlir vergisi üzrə fərqli hesablanmaya yönəldir: "Tutaq ki, neft-qaz sektoruna aid edilməyən özəl təşkilatda çalışan işçinin əməkhaqqı 1.000 manatdır. Təşkilat qərar verib ki, işçiyə ötən iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilsin. Fərz edək ki, işçiyə mart 2017- fevral 2018-ci iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə verilən kompensasiya 600 manat təşkil edir. Bu zaman kompensasiya ödənilərkən işçinin cari aydakı əməkhaqqından 1.000 manatdan gəlir vergisi tutulmayacaq. İstifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləği olan 600 manatdan gəlir vergisinin hesablanması 2018-ci ilin vergi qanunvericiliyinə əsasən həyata keçiriləcək.
Göründüyü kimi, işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb etməlidir".

Fəxriyyə İkramqızı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?