24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlətimizin fəaliyyətinin prioritet istiqaməti - sosial siyasət

Dövlətimizin fəaliyyətinin prioritet istiqaməti - sosial siyasət

Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2731 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 443-ü ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Yanvar-mart aylarında əlilliyi olan şəxslərə bir hissəsi mühərrikli olan 282 təkərli oturacaq, 325 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 194 aşağı və yuxarı ətraf ortezi, 3565 müxtəlif reabilitasiya vasitəsi, 31 bel və boyun nahiyəsi üçün korset, 643 cüt protez ayaqqabı, 636 cüt ortopedik ayaqqabı, dördayaqlı dayaq vasitəsi verilib.

Əlilliyi olan şəxslər həmçinin 653 qoltuqaltı və dirsəkaltı ağac, 636 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, son üç ayda 2731 əlilliyi olan şəxsə 11212 reabilitasiya vasitəsi verilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması