31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Son bir ildə 150 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Son bir ildə 150 mindən çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə 100 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin dövrdə 12 min nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik təsərrüfatlar, biznes sahələri yaradılıb.

Agentliyin həyata keçirdiyi digər aktiv məşğulluq tədbiri olan peşə hazırlığı kurslarına isə 1014 nəfər cəlb edilib. Onlara əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə peşələr tədris edilib. Pandemiya ilə əlaqədar olaraq tədris onlayn qaydada davam etdirilib. İşsiz şəxslərə peşə hazırlığı keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib.

Bundan başqa agentlik tərəfindən ötən il 37 min 660 şəxs peşəyönümü tədbirlərə cəlb olunaraq, onlara peşəyönümü məsləhət xidmətləri göstərilib.

Son bir ildə 1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?