31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prosesi düzgün idarə edən qurumlar məsafədən işləməyin müsbət nəticələrindən faydalanırlar

Prosesi düzgün idarə edən qurumlar məsafədən işləməyin müsbət nəticələrindən faydalanırlar

COVID-19 pandemiyası həyatın bir çox sahələrində, eləcə də informasiya texnologiyaları (İT) sənayesində ciddi dəyişikliklərə səbəb oldu. Bu dəyişikliklər işgüzar münasibətlərə də öz təsirini göstərir. “Agile Coach” şirkətinin İT direktoru Dilarə Rüstəmzadə İT-nin yeni şəraitə uyğunlaşması ilə bağlı mülahizələrini bölüşüb:

- Dilarə xanım, pandemiya İT-nin işgüzar münasibətlərə müdaxiləsində hansı cəhətləri aktuallaşdırdı?

- Məsafədən işləmə anlayışı həmişə olub və olacaq. Lakin pandemiya şəraitində yaranan reallıqlar nəticəsində komandanı evdən işləmə rejiminə keçirmək məcburiyyəti yarandı. Prosesi düzgün təşkil və idarə edən şirkətlər və qurumlar bu işin yalnız müsbət nəticələrindən faydalanırlar. Proqramçıların və layihə menecerlərinin vəzifəsi layihənin uğurlu təhvili olduğundan komandanı düzgün motivasiya etdikdə İT layihələrində evdən işləməklə ofisdə işləmək arasında bir fərq yaranmadı.

- Pandemiya dönəmində layihələrin vaxtında təhvil verilməsi mümkündürmü?

- Biz komanda olaraq evdən işləmə rejiminə keçməyə qərar verərkən şirkət daxilində tətbiq etdiyimiz “Agile” layihə idarəetmə metodologiyalarının uzaqdan işləmə prinsiplərinə əsaslandıq. Düzgün struktur, layihə planlaması, vaxtında və müəyyən limitli zaman çərçivəsində həm komandadaxili, həm də müştərilərlə təşkil olunan telekonfranslar nəticəsində pandemiyanın ən pik vaxtında irihəcmli dövlət səviyyəli layihələrimizdən birini uğurla təhvil verə bildik.

- Pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi İT tədbirlərinin təşkilinə necə təsir göstərdi?

- COVİD-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər bir çox beynəlxalq texnoloji konfransların ləğv edilməsinə səbəb oldu. Bu, şirkətlər üçün əla tərəfdaşlıq fürsətinə çevrildi. Oflayn rejimdə təşkil olunan konfransların onlayn rejimə keçidi üçün müəyyən proqram təminatlarından istifadə zərurətinin yaranması yeni formalaşan bazarın böyüməsinə və möhkəmlənməsinə gətirib çıxartdı. Onlayn konfrans təklif edən bir çox proqram təminatındakı “boşluqlar” karantin müddətində öz həllini tapdı və istifadə üçün daha yararlı hala gətirildi. Bu,istifadəçilərə öz işlərini görmək üçün şərait yaratmaqla yanaşı, proqram təminatı şirkətlərinin də maddi gəlirlərini artırır. Telekonfransların onlayn təşkil olunmasının yeganə mənfi cəhəti iştirakçılar arasında əlaqələrin genişləndirilməsinə mane olmasıdır ki, bu gedişlə onun da həllinə nail olunacağına əminəm.

Fərqanə Allahverdiqızı

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?