12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xaricdən əldə olunan dividendlərə görə vergi dərəcəsi azaldılıb YENİLİK

“İqtisadiyyatda belə bir yanaşma var ki, vergi dərəcələrinin aşağı salınması ilə vergi daxilolmalarının yüksəldilməsinə nail olmaq mümkündür. Təcrübəmizdə audit zamanı vergi ödəyicilərinin dividend elan edərkən uzun illər xalis mənfəətində böyük məbləğlər qaldığını müşahidə edirdik. Faktiki olaraq bu və ya digər şəkildə vəsait oradan istifadə edilirdi, hətta nağdlaşdırma yolu ilə və s. çıxarılırdı, amma vergiyə cəlb olunmurdu. Dividendlərə görə vergi dərəcəsi 10%-dən 5%-ə endirildikdən sonra rezident müəssisələr tərəfindən artıq çox böyük məbləğdə dividendlər elan olundu”.

vergiler.az” xəbər verir ki, bu fikri vergi eksperti Anar Bayramov Azərbaycan Risk Peşəkarları Assosiasiyasının mühasiblər üçün təşkil etdiyi seminarda səsləndirib. Onun sözlərinə görə, vergi dərəcəsinin azaldılması vergi daxilolmalarının artmasını stimullaşdırıb. Bu ildən isə qeyri-rezidentlər də bu güzəştdən yararlana biləcəklər.

“ƏDV ödəyicisi olmayan vergi ödəyicilərinin ödədikləri dividendlər, ümumiyyətlə, vergidən azaddır. Qeyri-rezident müəssisələrdə, yəni xaricdəki şirkətlərdə payı olan fiziki şəxslərin oradan əldə etdikləri dividendlərə görə güzəşt verilməmişdi. Əgər bir fiziki şəxsin ölkə hüdudlarından kənar qeyri-rezident bir müəssisədə təsis payı varsa, ona ödənilən dividend 14 faiz dərəcəsi ilə vergiyə cəlb olunurdu. Təcrübə göstərir ki, ciddi nəzarət edilən hallar istisna olmaqla, bir çox hallarda xaricdə təsis payları olan fiziki şəxslər həmin məbləğləri Azərbaycana gətirmirdi. Bu səbəbdən, artıq bu ildən etibarən həmin fiziki şəxslərin xaricdə əldə etdikləri dividendlər də 5% dərəcəsi ilə vergiyə cəlb olunacaq”, - A.Bayramov vurğulayıb.

Ekspertin fikrincə, sahibkarlar və ya xarici şirkətlərdə payı olan fiziki şəxslər dividendləri açıqlamaqda maraqlı olacaqlar: “Onlar ölkəyə valyuta gətirərək 5% dərəcə ilə vergi ödəməklə gəlirlərini şəffaflaşdıracaq və rahat şəkildə istifadə edəcəklər. Düşünürəm ki, bu da mütərəqqi dəyişikliklərdən biridir”.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?