25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si

Boş­da­yan­ma vax­tı əmə­yin ödə­nil­mə­si

İs­teh­sa­lat pro­se­sin­də bir ne­çə sə­bəb­dən boş­da­yan­ma ha­lı baş ve­rə bi­lər: iş­çi­nin təq­si­ri uc­ba­tın­dan; işə­gö­tü­rə­nin təq­si­ri uc­ba­tın­dan və ümu­mi sə­bəb­lər­dən.

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bu hallarda işçilərin əməkhaqlarının hesablanması qaydalarını “vergiler.az”a şərh edir:

Əmək Mə­cəl­lə­si­nin 169-cu mad­də­si boş­da­yan­ma vax­tı əməkhaq­qı­nın ödə­nil­mə­si­ni tən­zim­lə­yir. Boş­da­yan­ma­nın baş­lan­ma­sı haq­qın­da iş­çi işə­gö­tü­rə­nə və ya iş ye­ri üz­rə rəh­bə­ri­nə (bri­qa­di­rə, us­ta­ya, di­gər və­zi­fə­li şəxs­lə­rə) xə­bər­dar­lıq et­dik­də, iş­çi­nin təq­si­ri ol­ma­dan boş­da­yan­ma vax­tı iş­çi üçün mü­əy­yən edil­miş də­rə­cə­nin ta­rif (və­zi­fə) maaşının üç­də iki his­sə­sin­dən az ol­ma­ya­raq ödə­ni­lir.

Misal 1: İs­teh­sal mü­əs­si­sə­sin­də ça­lı­şan fəh­lə­nin işi gün­də­lik də­mir ara­kəs­mə­lə­rin hazır­lan­ma­sı­ndan ibarətdir və ta­rif maa­şı 400 ma­nat­ təşkil edir. Ara­kəs­mə­lər üçün isti­fa­də olu­nan xam­ma­lın id­xa­lın­da ya­ran­mış çə­tin­lik­lər sə­bə­bin­dən mü­əs­si­sə­də 2 gün­lük boşda­yan­ma ya­ranıb və iş­çi bu ba­rə­də öz rəh­bə­ri­nə mə­lu­mat ver­ib. Fərz edək ki, müəssi­sə 6 gün­lük iş qra­fi­ki ilə ça­lı­şır və hə­min ay­da 26 iş gü­nü var­dır. Bu halda, əməkhaq­qı belə he­sab­la­nmalıdır:

400 : 26 = 15.38 manat (bir iş gü­nü­nə dü­şən tarif maaşı);

(2 x 15.38) x 2/3 his­sə­si = 20.50 manat (boşdayanma zamanı əməkhaqqı);

24 x 15.38 = 369.12 manat (iş­lə­di­yi iş gün­lə­ri­nə dü­şən əməkhaq­qı);

Cə­mi əməkhaq­qı: 20.50 + 369.12 = 389.62 manat.

Əgər boş­da­yan­ma iş­çi­nin təq­si­ri üzün­dən baş ve­rər­sə, həmin vax­t üçün əməkhaq­qı ödə­nil­mir. Ümu­mi sə­bəb­lər­dən boş­da­yan­ma ha­lı baş ver­dik­də də əməkhaq­qı­nın ödə­nil­mə­si müəy­yən edil­miş də­rə­cə­nin ta­rif (və­zi­fə) maa­şı­nın üç­də iki his­sə­sin­dən az ol­ma­ya­raq ödə­ni­lir.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?