13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas vəsait hesab olunmayan torpaqlara görə vergi hesablanmalıdırmı?

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də torpaq sahələrinə əmlak vergisinin hesablanıb-hesablanmaması ilə bağlıdır. Əgər torpaq sahəsi əsas vəsaitdirsə, bəs onda niyə ona əmlak vergisi hesablanmır? Sərbəst auditor Altay Cəfərov bu və digər suallara “vergiler.az” vasitəsilə aydınlıq gətirir:

Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən, bunlar vergitutma obyekti sayılır: rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri; müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla).

Məcəllənin 197-ci maddəsinə görə, hüquqi şəxslərin və fərdi sahibkarların balansında olan əsas vəsaitlər əmlak vergisinin tutulması obyektidir. Bundan əlavə, Vergi Məcəlləsinin 202-ci maddəsində göstərilib ki, əmlak vergisinin hesablanmasında baza məbləğ kimi hüquqi şəxslərin və fərdi sahibkarların balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri götürülür. Məntiqlə belə çıxır ki, müəssisənin balansında olan torpaq sahəsi də əsas vəsait olduğundan ona əmlak vergisi hesablanmalıdır.

Bəs əsas vəsaitlər nədir? Vergi Məcəlləsinin 13.2.17.-ci maddəsinə əsasən, əsas vəsaitlər - istifadə müddəti bir ildən çox və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. Maddədən aydın olur ki, 114-cü maddəyə əsasən, amortizasiya edilməli olan maddi aktivlər əsas vəsait sayıla bilər. Əgər maddi aktiv amorsizasiya edilmirsə, onda bu, əsas vəsait kimi qəbul edilə bilməz.

Vergi Məcəlləsinin 114-cü maddəsində qeyd edilir ki, amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin maddənin müddəalarına uyğun olaraq, gəlirdən çıxılır. Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və bu maddə ilə müəyyən edilmiş köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur. Həmin müddəada qeyd olunduğu kimi, torpaq sahələri amortizasiya edilməyən aktivlərin siyahısındadır. Deməli, torpaq sahələri və Vergi Məcəlləsinin 114.2-ci maddəsində göstərilən digər aktivlər Məcəllənin tələbləri üçün əsas vəsait sayıla bilməz.

Əgər torpaq əsas vəsaitlərə aid deyilsə, əmlak vergisi məqsədləri üçün nəzərə alınmır. Çünki əmlak vergisi üçün baza məbləğ kimi müəssisələrin və fərdi sahibkarların balanslarında olan əsas vəsaitlər götürülür.

Bəs o zaman torpaq sahələri və Vergi Məcəlləsinin 114.2-ci maddəsində sadalanan digər aktivləri necə adlandırmaq olar?

Vergitutma və vergi uçotu məqsədləri üçün onları digər maddi aktivlər kimi uçota almaq lazımdır. Həmçinin, illik mənfəət vergisi bəyannaməsində də digər aktivlər sətrində nəzərə alınmalıdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?