25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"SUEZ Group"un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr və perspektiv proqramlar barədə Prezident İlham Əliyevə məlumat verib

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "SUEZ Group"un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim edib.

Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, "SUEZ" şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.

Kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində "SUEZ" ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?