14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış olub

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən parkda aparılan yenidənqurma işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev dövlətimizin başçısına parkda həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Bildirilib ki, bu parkın ərazisi 1,1 hektardır. Abadlıq və yenidənqurma işlərinin yüksək səviyyədə həyata keçirildiyi parkda sakinlərin, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, paytaxt Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan nəcib təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıllıqla və kompleks şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi ətraf mühitin mühafizəsini və eyni zamanda, insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməyi qarşıya məqsəd qoyub. Ölkəmizdə bu istiqamətdə silsilə tədbirlər və genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.

Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakıda abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığı və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Aparılan yaşıllaşdırma işlərinə və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük dəstək verir.

Parkda görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?