19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Qırğızıstan parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekovu qəbul edib. AZƏRTAC xəbər verir ki, Joqorku Keneşin sədri Dastanbek Cumabekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə bu ilin oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün uğurla keçirildiyi, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun da bu toplantıda iştirak etdiyi və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlanıb. Bu görüş zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib. Azərbaycanın TÜRKPA-nın IX plenar iclasına uğurla ev sahibliyi edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı xalqlarımızın ortaq köklərə və mədəniyyətə malik olduğu qeyd edilib, Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində də əməkdaşlığın önəmi bildirilib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Bakı və Bişkek şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?