18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb

Macarıstanın Baş Nazirini salamlayan Prezident İlham ƏLİYEV deyib:

- Xoş gəlmisiniz, cənab Baş Nazir. Sizi Azərbaycanda görməyimə çox şadam. Çox şadam ki, Siz sabah Sammitdə iştirak edəcəksiniz. Bu, həm də çox müsbət olan ikitərəfli gündəliyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Mən sizin ölkəyə səfərimi və bizim söhbətlərimizi, həmçinin Avropa İttifaqının tədbirləri çərçivəsində görüşlərimizi xatırlayıram. Sevindirici haldır ki, Macarıstan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir. Əminəm ki, bu səfərdən sonra biz tərəfdaşlığımıza yeni təkan verəcəyik.

Macarıstanın Baş Naziri Viktor ORBAN deyib:

- Cənab Prezident, bizi burada qəbul etdiyiniz üçün çox sağ olun. Macarlar üçün həmişə sizin paytaxt şəhərinizə gəlmək və illər öncəyə təsadüf edən dostluğumuzu daha da gücləndirmək şərəfdir. Macarıstan on il bundan əvvəl ölkənin o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda sizin yardımınızı və bütün mənalarda göstərdiyiniz dəstəyi xatırlayır. Biz bunu yüksək qiymətləndiririk. Diplomatik əməkdaşlığımız çox yaxşıdır, biz bunu belə söyləyə bilərik. İndi isə hesab edirəm, növbəti mərhələ ondan ibarətdir ki, biz iki ölkə arasında olan iqtisadi əməkdaşlığı daha da artırmalıyıq. Bizim artıq burada yaxşı sərmayə qoyuluşlarımız, yaxşı əməkdaşlığımız var. Hesab edirəm ki, iqtisadi cəhətdən iki ölkə arasında əməkdaşlıq çox ümidvericidir. Bizi burada qəbul etməyinizi və Macarıstana münasibətdə xoşməramlı və xoşniyyətli olmağınızı yüksək qiymətləndiririk.

Prezident İlham Əliyev: Çox sağ olun.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi üçün Macarıstanın göstərdiyi dəstək yüksək qiymətləndirildi, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri