17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əllidən çox yaşı olan metro stansiyası ən müasir görkəmdə sərnişinlərin xidmətində olacaq

Sentyabrın 12-də Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev stansiyada görülən işlər və burada yaradılan şəraitlə tanış olub. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Xətai” stansiyası 1968-ci ildə istismara verilib. Stansiyanın 50 ildən artıq istismar müddətində köhnələn, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə təmir mərhələlərlə aparılıb. 2014-cü ildə birinci mərhələdə stansiyanın platformasının orta zalı, stansiya yolu və "Xətai-Cəfər Cabbarlı" mənzilinin müvafiq tunelində əsaslı təmir və yenidənqurma tədbirlərinə başlanılıb. Bu dəfə aparılan yenidənqurmadan sonra "Xətai" stansiyası əsaslı yenilikləri ilə sərnişinlərin xidmətində olacaq. Stansiyanın infrastrukturu və görkəmi tamamilə yenilənib. Burada funksionallığı ilə seçilən 4 yeni müasir eskalator quraşdırılıb. Bakı Metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.

Stansiyada aparılan əsaslı təmir və yenidənqurma zamanı giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyaları da bərpa olunub. Eskalatorların maşın zalı da əsaslı təmir edilib, stansiyanın digər infrastrukturunun yenilənməsi tədbirləri görülüb. Təmir dövründə platforma, platformaaltı sahə, stansiya yolu və yol mənzillərində hələ 2014-cü ildə başlanmış əsaslı işlər də başa çatdırılıb, tunel yenidən təftiş olunaraq, bütün dəmir beton konstruksiyalar gücləndirilib və ya yenidən qurulub. Bakı Metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub. Bu məqsədlə köhnə yol yatağı tamamilə sökülüb, dəmir-beton blokların quraşdırılması üçün yenidən layihələndirilib. Stansiyada bütün kommunikasiya xətlərinin, avadanlıqların yenilənməsi ilə bağlı mühüm işlər görülüb, hərəkətin təşkili, idarə olunması və tənzimlənməsində əhəmiyyət kəsb edən mərkəzləşmə məntəqəsi və stansiya növbətçisinin otaqları yenidən qurulub, eskalatorların nəzarətçi köşkü videogörüntülərlə təmin edilib. Stansiyada İKT-nin imkanlarından geniş istifadə olunacaq.
Dövlətimizin başçısına Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulmuş Təlim-Tədris Mərkəzi barədə də məlumat verilib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri