22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda qara və əlvan metalların ixracına görə gömrük rüsumları dəyişdiriləcək

Azərbaycanda qara və əlvan metalların ixracına görə gömrük rüsumları dəyişdiriləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Fərman imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabinetinə qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və (və ya) müəyyən edilməsini üç ay müddətində təmin etmək tapşırılıb.

Eyni zamanda, Nazirlər Kabinetinə ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və (və ya) mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını dörd ay müddətində təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi metallurgiya sənayesi müəssisələrinin qara və əlvan metal qırıntı və tullantı xammalına olan ehtiyacının ödənilməsi ilə bağlı, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsinə zərurət yarandığı təqdirdə, təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?