20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Bolqarıstan üçün həlledici tərəfdaşa çevrilib YENİLƏNİB-3

Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü keçirilib.

Daha sonra prezidentlərin geniş tərkibdə görüşü keçirilib.

Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır: “Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”.

Prezident İlham Əliyev son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını vurğulayıb. Bunun əsas səbəbinin təbii ki, enerji sektorundakı əməkdaşlıq olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir.

Qeyd olunub ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırmanın işlərin başlanması üçün gözəl zəmin olacağını vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq”.

Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinin bir neçə gün bundan əvvəl tam başa çatdığını, bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.

Öz növbəsində Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoq aparırıq: “Ən yüksək səviyyədə olan siyasi dialoqumuz təkcə bizim ölkələrimizin deyil, Qafqaz və Qara dəniz hövzəsinin də iqtisadi firavanlığının təmin olunmasına yaxşı zəmin yaradır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir”.

R.Radev bildirib ki, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır: “2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə, Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi”.

AZƏRTAC

VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur?