23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib

İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib

9 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib.

İclasda “SOCAR Türkiyə”nin 2022-ci ilə dair yekunları haqqında danışılıb, cari ilin ilk 5 ayı ərzində əldə edilən nəticələr, il ərzində görüləcək işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.

Həmçinin iyunun 8-də İstanbulda “SOCAR Türkiyə”nin törəmə müəssisələri olan “Petkim”in və “STAR’’ neft emalı zavodunun, iyunun 9-da isə Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini həyata keçirən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə heyətlərinin iclasları keçirilib. İclaslarda qrup şirkətlərinin 2022-ci il və cari ilin 5 ayı üzrə fəaliyyətləri nəzərdən keçirilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?