18 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət başçısı ölkəmişdə səfərdə olan qonaqları qəbul edib

Prezident İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. Paytaxtımızda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edən qonaq "Bakı Prosesi"nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini söyləyib. Bu gün Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına çevrildiyini qeyd edən Yusif bin Əhməd Əl-Osaymin Azərbaycanı dinc birgə yaşayışın rəmzi kimi xarakterizə edib.

"Bakı Prosesi"nin mühüm beynəlxalq platforma olduğunu deyən dövlətimizin başçısı bu tədbirin 10 ildən artıq davam etdiyini və bu gün dünyada mədəniyyətlərarası əlaqələrin və dinlərarası əməkdaşlığın qurulmasında ən səmərəli mexanizmlərdən biri kimi tanındığını diqqətə çatdırıb. Görüşdə İslam dünyasında birliyin və həmrəyliyin vacibliyi qeyd olunub və Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdir edilib.

Həmin gün Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosu və Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqonini də qəbul edib. Hər iki görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?