15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərini təmsil edən nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli cənab nazir və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Sizi görməyə şadıq. Bu vacib mərasimdə iştirak etmək üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Ümidvaram ki, növbəti il biz artıq stansiyanın istismarının başlanğıcını qeyd etmək məqsədilə daha bir mərasim keçirəcəyik. Bu, həqiqətən də böyük və mühüm əhəmiyyət kəsb edən tədbirdir. Çünki bu stansiya Azərbaycanda tikiləcək belə miqyasda olan ilk günəş elektrik stansiyasıdır. Bu stansiya bu sahədə ən aparıcı şirkətlərdən biri tərəfindən inşa ediləcək və çıxışımda qeyd etdiyim kimi, dost ölkədən olan şirkət tərəfindən. Bu, çox vacibdir. Düşünürəm ki, bu, bizim əməkdaşlığımızın yalnız başlanğıcıdır. Əminəm ki, başqa sahələrdə olduğu kimi, bərpaolunan enerji sahəsində də biz bir çox imkanları taparaq kəşf edəcəyik. Əlbəttə ki, biz ticarətdə, siyasi təmaslarda yaxşı nəticələr əldə etmişik və iki ölkənin rəhbərləri arasında münasibətlər çox səmimidir. Əminəm ki, biz bərpaolunan enerji sahəsində uğur qazanacağıq. Dünya enerji bazarında cari vəziyyəti nəzərə alaraq hesab edirəm ki, biz daha geniş mənzərəyə nəzər sala bilərik. Əlbəttə ki, OPEC+ formatında aramızda mükəmməl əməkdaşlıq var. Mən məqsədlərimizə maksimal şəkildə çatmaq üçün potensiala, potensial sərmayələrə və bu sahədə birgə fəaliyyətə daha geniş nəzər salmağı düşünürəm.

Bir daha sizi salamlayıram və sizə Bakıda yaxşı vaxt keçirməyi arzulayıram.

Nazir Suhail Al Mazrouei deyib:

-Çox sağ olun, Zati-aliləri. Yenidən Bakıda olmaqdan çox məmnunam. Zati-aliləri, mən hər dəfə gələndə Bakını daha inkişaf etmiş görürəm. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan həqiqətən də həm turistlər, həm də birbaşa xarici investisiyalar üçün cəlbedici olub. Zati-aliləri, Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkəti olaraq Sizi əmin etmək istərdik ki, bərpaolunan enerji ilə bağlı strategiyanıza dəstək olmağa sadiqik. Biz, həmçinin digər layihələrdə iştirakda maraqlıyıq. Mənim azərbaycanlı həmkarımla müzakirə apardığım kimi, məsələn, qaz mövzusu. Bugünkü vəziyyətə nəzər salsaq, mənbələrin şaxələndirilməsi üçün Azərbaycandan Avropaya daha çox qaz nəql oluna bilər. Eləcə də, hidrogen. Qaz kəmərindən istifadə etməklə gələcəkdə hidrogen Azərbaycanın ixrac edə biləcəyi yaşıl enerjinin bir forması ola bilər.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?