23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bərdə Peşə Liseyinin açılışı olub

Bərdə Peşə Liseyinin açılışı olub

Oktyabrın 3-də Bərdə Peşə Liseyinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verilib ki, liseyin 5 bloklu tədris korpusunda sinif otaqları, laboratoriyalar, silah kabineti, idman və akt zalları, yeməkxana, emalatxana, iclas zalı və digər zəruri otaqlar vardır. Burada şagirdlərin mükəmməl peşə biliklərinə yiyələnməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Yeni istifadəyə verilən Bərdə Peşə Liseyi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir.

Xüsusi qeyd olunmalıdır ki, ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı artırır. Bu istiqamətdə özəl sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi də əsas vəzifələrdən biridir. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına müsbət təsir göstərir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?