24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 71 saylı orta məktəbdə aparılan əsaslı təmir işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, şagird sıxlığı nəzərə alınaraq, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli inkişaf konsepsiyasında təhsil sahəsi də prioritet yer tutur. Respublikanın hər yerində, o cümlədən paytaxtda məktəblərin əsaslı təmiri, yenidən qurulması, yeni təhsil ocaqlarının və tədris korpuslarının inşası istiqamətində ardıcıl işlər görülür. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil alması, elmin sirlərinə daha dərindən yiyələnməsi üçün hərtərəfli imkanlar açır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gənc nəslin savadlı, bilikli, intellektual səviyyədə yetişməsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Qeyd edək ki, Sabunçu rayonundakı 71 saylı orta məktəbin binası 1980-ci ildə inşa olunub. 1176 şagird yerlik binada sinif otaqları ilə yanaşı, fənn laboratoriyaları, akt və idman zalları da müasir səviyyədə şagirdlərin ixtiyarına veriləcək. Sinif otaqları və laboratoriyalar zəruri tədris avadanlığı ilə təchiz edilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?