24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Mən sizi salamlayıram, xoş gəlmisiniz Azərbaycana. Əminəm ki, sizin səfəriniz çox uğurlu olacaq. Şadam ki, siz böyük heyətlə Azərbaycana gəlmisiniz və əminəm ki, Bakıda keçirəcəyiniz görüşlər Koreya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edəcək.

Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf etmişdir. Yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir və siyasi əlaqələrimizin inkişafı üçün çox önəmli addımlar atılmışdır.

Eyni zamanda, Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər. Əlbəttə, əminəm ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq. Biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik. Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq.

Əlbəttə ki, parlamentlərarası əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var və siz bu gün Azərbaycan Milli Məclisində görüşlər keçirəcəksiniz. Əminəm ki, görüşlərin nəticələri çox müsbət olacaq və nəticə etibarilə əlaqələrimizin inkişafı istiqamətində növbəti uğurlu addım atılacaqdır. Bir daha xoş gəlmisiniz.

Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq deyib:

-Cənab Prezident İlham Əliyev, çox sağ olun ki, dəyərli vaxtınızdan ayırdınız və bizi qəbul etdiniz. İlk növbədə, Koreya Respublikasının Prezidenti cənab Mun Ce-inin salamlarını Sizə çatdırmaq istəyirəm. Cənab Əliyev, mən çox yüksək qiymətləndirirəm ki, Sizin prezidentlik fəaliyyətiniz dövründə Azərbaycanda həm siyasi sabitlik hökm sürmüşdür, həm də Azərbaycan iqtisadi cəhətdən inkişaf etmişdir. Mən çox şadam ki, Sizi belə bir mühüm ildə ziyarət etdim. Çünki bu il sizin müstəqilliyinizin 30 ili tamam olur. Həmçinin növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Mən səkkiz il əvvəl Azərbaycana Milli Assambleyanın sədr müavini vəzifəsində gəlmişdim və Sizinlə görüşmüşdüm. Bu səkkiz il ərzində Bakı çox dəyişib, inkişaf edib. Canlı şahidiyəm ki, Bakını tanımaq olmur. Bakı çox inkişaf edib. Bizim əlaqələrimizin potensialı hazırkı inkişaf səviyyəsindən daha artıqdır.

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?