24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib

Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxıblar

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels-İsveçrə matçına baxıblar.

Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq səviyyədə qazandığı növbəti uğurun bariz nümunəsidir. Ölkəmiz indiyədək idmanın müxtəlif növlərinə aid mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Bu gün ən nüfuzlu idman qurumlarının böyük beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verməsi də təsadüfi deyil.

Uels-İsveçrə matçı gərgin mübarizə şəraitində keçdi. Matçın ilk hissəsi qolsuz başa çatıb.

İsveçrə millisinin hücumçusu Breel Embolo matçın 49-cu dəqiqəsində hesabı açıb.

Bundan sonra hücumlarının sayını artıran Uels komandası 74-cü dəqiqədə Kieffer Murun qolu ilə hesabı bərabərləşdirib.

Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol isə videonəzarət sistemində baxıldıqdan sonra qeydə alınmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də isə Türkiyə-İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması olacaq.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?