15 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri vəzifəsinə təyin olunmasına razılıq verib

Oktyabrın 8-də Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə olunub.

Plenar iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. O deyib ki, Baş Nazir postuna yeni namizəd Əli Əsədov hansı vəzifədə çalışmasından asılı olmayaraq bilik və bacarığını işə sərf edən, iqtisadi məsələlərə dərindən bələd olan mütəxəssisdir: "Əminəm ki, Prezident İlham Əliyevin bu seçimi dövlətimiz, xalqımız üçün uğurlu olacaq".

Sonra iclasda məsələ ilə bağlı çıxışlar olub. Çıxış edənlər Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri