Dmitri Peskov: “Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artırmaq üçün yaxşı tərəfdaşımızdır”
Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün potensial var.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada yerli mətbuata açıqlamasında deyib.
“Biz Azərbaycanın iqtisadi-ticarət sahəsində İtaliya və Türkiyədən sonra üçüncü tərəfdaşıyıq. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artırmaq üçün böyük ehtiyatları olan, yaxşı tərəfdaşımızdır”, - deyə D.Peskov bildirib.
AZƏRTAC