16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid olmuş və xəsarət almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişləri təmin edilir

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda silahlı qüvvələrimizin qəhrəmancasına döyüşdüyü və tarixi zəfər qazandığı 44 günlük Vətən müharibəsində, həmçinin I Qarabağ müharibəsi dövründə şəhid olmuş və müxtəlif dərəcəli xəsarətlər almış hərbi qulluqçularımıza birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə Mərkəzi Bankında rəhbər işçilərdən ibarət İşçi Qrup yaradılıb.
Bankdan bildirilib ki, İşçi Qrup tərəfindən əlaqədar dövlət qurumları ilə, o cümlədən Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hərbi qulluqçulara və ya onların vərəsələrinə sığorta ödənişlərinin operativ həyata keçirilməsi, bu məqsədlə lazımi təsdiqedici sənədlərin qısa zamanda hazırlanması üçün mütəşşəkkil qaydada iş aparılır.
Yaradılmış İşçi Qrup dərhal şəhidlər, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial məsələləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən İşçi Qrupla videokonfrans şəklində görüş keçirib, bu kateqoriyadan olan hərbi qulluqçuların sosial məsələlərinin həlli üzrə qarşılıqlı müzakirələr aparılıb və birgə fəaliyyət proqramı müəyyən edilib. Eyni zamanda, həmin İşçi Qrupuna Mərkəzi Bankdan və Dövlət Sığorta Kommersiya Şirkətindən (“Azərsığorta”) nümayəndələr daxil edilib.
Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanunu”na görə ölüm (şəhidlik), əlillik və xəsarət halları zamanı onlara sığorta ödənişləri Azərsığorta tərəfindən verilir.
Müvafiq sığorta ödənişlərinin əldə edilməsi üçün edilən müraciətlərə “Azərsığorta”nın əsas ofisi və ya rayon filiallarında dərhal baxılması və ödənişlərin qısa zamanda həyata keçirilməsi məsələləri İşçi Qrup tərəfindən idarəetməyə və nəzarətə götürülüb. Şirkətin əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunur, onlara ödənişin verilməsi prosesinin asanlaşdırılması üçün bütün lazımi köməklik və zəruri hüquqi dəstək təmin edilir.
Hərbi qulluqçuların və ya onların ailə üzvlərinin sığorta ödənişinin əldə edilməsi ilə bağlı hər hansı problemləri olarsa Mərkəzi Bankın “966” qaynar xəttinə zəng vurmaqla müraciət etmələri xahiş olunur.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?