19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərbaycanda xarici biznes 2020” hesabatı təqdim olunacaq

Dekabrın 11-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) tərəfindən “KPMG Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda xarici biznes 2020” hesabatının rəsmi təqdimatı keçiriləcək.
“AHK Azərbaycan”dan bildirilib ki, tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, idarə heyətinin sədri Fərid İsayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edəcəklər. “AHK Azərbaycan”ın icraçı direktorunun müavini Nigar Bayramlı “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” mövzusunda məruzə edəcək. Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin rəhbəri İvana Duarte, “BP Azerbaijan”ın Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin məruzələri dinləniləcək.
Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır, xüsusilə də ölkədə investisiya mühitinə fokuslanır.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi