30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ-da təxirə salınmış vergilərin yığılması büdcə kəsirinin azalmasına təsir göstərib

ABŞ-da təxirə salınmış vergilərin yığılması büdcə kəsirinin azalmasına təsir göstərib

ABŞ Xəzinədarlıq Nazirliyi iyul ayı üçün büdcə balansı hesabatını açıqlayıb. Hesabata əsasən, 1 oktyabr 2019-cu ildə başlayan və 30 sentyabr 2020-ci ildə başa çatacaq maliyyə ilinin iyul ayında federal hökumətin büdcə kəsiri 63 milyard dollara enib. Keçən ilin eyni ayında federal hökumətin büdcə kəsiri 119,6 milyard dollar olmuşdu.

Büdcə kəsirində iyul ayında müşahidə olunan azalmada yeni tip koronavirus epidemiyası səbəbilə vergi ödəmələrinin aprel ayından iyul ayına təxirə salınması və bunun sayəsində hökumətin gəlirlərinin artması öz təsirini göstərib.

Ay ərzində hökumətin gəlirləri keçən ilin eyni ayı ilə müqayisədə 124,3 faiz artaraq 563 milyard dollara, xərcləri isə 68,7 faiz artaraq 626 milyard dollara çatıb.

Keçən ilin eyni dövründə 866,8 milyard dollar olan cəmi büdcə kəsiri 2020-ci maliyyə ilinin onuncu ayında – iyulda 2,8 trilyon dollar olub. Maliyyə ilinin ilk on ayındakı xərcləmələr keçən ilin eyni dövrü ilə müqayisədə 51,3 faiz artaraq 5,6 trilyon dollara yüksəlib, gəlirlər isə 1,3 faiz azalaraq 2,8 trilyon dollara düşüb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?