30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünyadakı korporativ gəlirlərin 1 trilyon dolları vergidən yayındırılır

Dünyadakı korporativ gəlirlərin 1 trilyon dolları vergidən yayındırılır

Tax Justice Network (TJN) beynəlxaq qeyri-hökumət təşkilatının hesabatına görə, hər il şirkətlərin əldə etdikləri təxminən 1 trilyon dollar vəsait "vergi sığınacaqları"ndan keçirilir. Yalnız OECD-yə üzv dövlətlərdə transmilli korporasiyalar ümumilikdə 467 milyard dollar həcmində gəlirlərini vergidən gizlədiblər və bunun nəticəsində dövlət büdcələrinin itkisi 117 milyard dollar olub. Hesabatda bildirilir ki, dörd ölkə - Böyük Britaniya (ada əraziləri vasitəsilə), İsveçrə, Lüksemburq və Niderland gizlədilmiş vergilərin 72 faizi üçün məsuliyyət daşıyır.

TJN ekspertlərinin rəyinə görə, koronavirus pandemiyası Avropa İttifaqında (Aİ) vergidən yayınma ilə bağlı aparılan mübarizənin yarımçıq olduğunu aşkara çıxarıb. Bəzi Avropa ölkələri vergi sığınacaqlarında qeydiyyata alınmış müəssisələrə dövlət yardımını qadağan etsə də, bu qadağa yalnız vergi məlumatlarının mübadiləsi ilə bağlı Aİ ilə əməkdaşlıqdan imtina edən və adları "qara siyahı"ya salınmış yurisdiksiyalarda qeydiyyata alınmış şirkətlərə aiddir. "Qara siyahı" isə dünyadakı maliyyə risklərinin cəmi 7 faizini əhatə edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?