30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ Ali Məhkəməsi polad idxalına əlavə gömrük tarifi ilə bağlı etirazı rədd edib

ABŞ Ali Məhkəməsi polad idxalına əlavə gömrük tarifi ilə bağlı etirazı rədd edib

Amerika Beynəlxalq Polad Sənayesi İnstitutundan (AIIS) verilən açıqlamada bildirilib ki, ABŞ Ali Məhkəməsi institutun polad idxalına tətbiq olunan gömrük vergisi tarifinin ölkə Konstitusiyasına uyğun olmadığı barədə iddiasını rədd edib.

Polad idxalına gömrük tarifinin tətbiqi ilə bağlı qərar ucbatından AIIS üzvlərinin və polad tədarükü zəncirində çalışanların zərər gördüyü qeyd olunan açıqlamada qərarın yenidən qiymətləndirilməsi barədə müraciətin Ali Məhkəmə tərəfindən qəbul edilməməsinə baxmayaraq institutun irəli sürdüyü dəlillərin düzgün olduğu göstərilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin mart ayında milli təhlükəsizliyi qorumaq adı ilə polad və alüminium idxalına müvafiq olaraq 25 və 10 faiz dərəcəsi ilə gömrük tarifinin tətbiqi barədə qərar imzalamışdı. AIIS ilk dəfə 2018-ci ildə "Ticarətin genişləndirilməsi haqqında" Qanunun 232-ci fəslinin Konstitusiyaya zidd olduğu iddiasını irəli sürmüş, lakin Beynəlxalq Ticarət Məhkəməsi bu iddianı rədd etmişdi.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?