28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Portuqaliya və Finlandiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş ləğv edilib

Portuqaliya və Finlandiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş ləğv edilib

Portuqaliya hökuməti öz rəsmi bülletenində 2019-cu il yanvarın 1-dən Finlandiya ilə imzalanmış vergi sazişinin qüvvədən düşdüyünü təsdiqləyib. İki ölkə arasında 1970-ci ildə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişin keçən ilin iyun ayında ləğv edildiyi barədə Finlandiya hökuməti tərəfindən də açıqlama verilib. Finlandiyanın mövqeyinə görə, həmin müqavilə hökumətin vergi sazişləri ilə bağlı qüvvədə olan siyasətlərinə uyğun deyil. Açıqlamada bildirilib ki, saziş Finlandiya vətəndaşlarının Portuqaliyada aldıqları fərdi pensiyaları vergiyə cəlb etmək hüquqlarını məhdudlaşdırır. "Sazişin pozulması ilə bağlı qərar Finlandiya vergi orqanlarına Portuqaliyada yaşayan vətəndaşların fərdi pensiyalarından vergi tutmasına şərait yaradır", - hökumətin açıqlamasında qeyd edilib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?