23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada internet vasitəsilə ödənilmiş verginin məbləği açıqlanıb

Rusiyada internet vasitəsilə ödənilmiş verginin məbləği açıqlanıb

2019-cu ilin ilk ayında Rusiya vətəndaşlarının Federal Vergi Xidmətinin (FVX) rəsmi saytı üzərindən ödədikləri vergi və digər yığımların məbləği 860 milyon rubl (22 milyon 197 min 800 manat) olub.

Vergiləri ödəmək üçün FVX-nin saytında "Vergi ödəyicisinin şəxsi kabineti" və "Vergi və rüsumların ödənişi" xidmətləri fəaliyyət göstərir. Bu xidmətlərdən vergi orqanı ilə müqaviləsi olan bank müştəriləri istifadə edə bilirlər. FVX-nin mətbuat xidmətinin dəqiqləşdirməsinə görə, hazırda 42 kredit təşkilatı da bu imkandan faydalana bilir. Xatırladaq ki, 2019-cu ildən Rusiya vətəndaşları əmlakın vergiyə cəlb olunması üçün tələb edilən sənədləri (buraya vergi güzəştlərinə dair ərizə, obyektlər haqqında məlumat, eləcə də vergi bildirişlərini almaq barədə müraciətlər də daxildir) məsafədən təqdim etmək imkanı qazanıblar. Bu əməliyyatı dövlət və bələdiyyə xidmətlərinin çoxfunksiyalı mərkəzləri vasitəsilə həyata keçirmək mümkündür.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?