30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin 2020-ci il üçün 15 iqtisadi hədəf açıqlayıb

Çin 2020-ci il üçün 15 iqtisadi hədəf açıqlayıb

Koronavirusun ilk dəfə ortaya çıxdığı Çinin Xalq Məclisinin son yığıncağında ölkə ərazisində epidemiya səngiyəndən sonra əhalinin yaşayışı baxımından maraq doğuran 15 hədəf müəyyənləşdirilib. Çinin Baş naziri Li Keqaianqın təqdim etdiyi hesabata əsasən, hökumətin bu il üçün hədəfləri bunlardır:

1. Şəhər və kənd regionlarında ən azı 9 milyon yeni iş yeri yaradılacaq. Faktiki işsizlik səviyyəsi 6 faiz, qeydiyyata alınmış işsizlik səviyyəsi isə 5,5 faiz hüdudunda saxlanılacaq;

2. İstehlak qiymətləri 3,5 faiz səviyyəsində saxlanılacaq;

3. Mövcud standartlara görə kənd regionlarında yoxsul əhali qalmayacaq;

4. Maliyyə kəsiri səviyyəsi ən az 3,6 faiz olacaq;

5. Dövlət epidemiya ilə mübarizə üçün 1 trilyon yuan (239 milyard manat) vəsait ayıracaq;

6. İl boyunca müəssisələr üçün vergi və sosial sığorta yükü 2 trilyon yuan (597 milyard manat) azaldılacaq;

7. Vətəndaşların gəlirlərinin artırılması və iqtisadi artım tempi tarazlaşdırılmış şəkildə qorunacaq;

8. Geniş zolaqlı və özəl internet xətlərinin qiymətləri 15 faiz azaldılacaq;

9. İri kommersiya banklarının kiçik və orta biznes subyektlərinə verəcəkləri kreditin artımı 40 faizdən artıq olacaq;

10. Bu il və gələn il 35 milyon vətəndaşa peşə təlimi veriləcək və ali ixtisas məktəblərinə 2 milyon əlavə tələbə qəbul ediləcək;

11. 3,5 trilyon yuan (896 milyard manat) dəyərində yerli özəl istiqrazlar buraxılacaq;

12. Şəhər və kənd regionlarında 39 min köhnə məhəllə bərpa olunacaq;

13. Dəmir yolu inşasına 100 milyard yuan (23,9 milyard manat) investisiya ayrılacaq;

14. 5 milyon 333 min hektar yüksək standartlı kənd təsərrüfatı sahəsi istifadəyə veriləcək;

15. Tibbi sığortada adambaşına düşən subsidiyalar 30 yuan (7,2 manat) artırılacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?