28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kanada idxal edilən polad üçün antidempinq vergisinin müddətini uzadıb

Kanada idxal edilən polad üçün antidempinq vergisinin müddətini uzadıb

Kanada Beynəlxalq Ticarət Arbitrajının (Canadian International Trade Tribunal (CITT)) açıqlamasında bildirilir ki, ölkənin Sərhəd Xidmətləri Agentliyi 10 ölkədən – Bolqarıstan, Çexiya, Rumıniya, Ukrayna, Braziliya, Danimarka, İndoneziya, İtaliya, Yaponiya və Cənubi Koreyadan idxal edilən karbonlu poladın və ya tərkibində karbon az olan yüksək sərtliyə malik poladın standart təbəqələrinin müəyyən növlərindən antidempinq vergisinin tutulmasını davam etdirəcək. Antidempinq rüsumlarının tutulması ilə bağlı qərarın müddəti başa çatandan sonra yuxarıda göstərilən məhsullar üçün həmin rüsum qüvvədə qalacaq. CITT bunu belə əsaslandırıb ki, həmin məhsullar üçün antidempinq rüsumları ləğv ediləcəyi halda, Kanadanın yerli sənayesi bundan ciddi şəkildə zərər çəkə bilər.

Qeyd edək ki, antidempinq rüsumu yerli istehsal sahəsinə zərər vuran dempinqli idxalla bağlı tətbiq olunan gömrük rüsumuna deyilir.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?