30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Facebook" kompaniyasının rüblük qazancı iki dəfə artıb

"Facebook" kompaniyasının rüblük qazancı iki dəfə artıb

2020-ci ilin birinci rübündə "Facebook" kompaniyasının xalis gəliri iki dəfə artaraq 4,902 milyard dollar və ya səhm hesabı ilə 1,71 dollar təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici müvafiq olaraq 2,429 milyard dollar və 0,85 dollar idi.

Kompaniyanın ümumi rüblük gəliri də 18 faiz artaraq 17,737 milyarda çatıb (ötən il 15,077 milyard dollar).

Mart ayının sonlarına olan məlumata əsasən, "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı 2,6 milyard nəfərə çatıb. İl ərzində bu göstərici 10 faiz artıb. Bütün dünyada 2,36 milyard insan hər gün, 2,99 milyard insan isə heç olmasa ayda bir dəfə "Facebook", "Instagram", "WhatsApp" və ya "Messenger" şəbəkələrindən istifadə edir. Onların sayında müvafiq olaraq 12 faiz və 11 faiz artım var. "Facebook" əməkdaşlarının sayı isə son il ərzində 28 faiz çoxalıb. Hazırda kompaniyada 48,3 minə yaxın insan çalışır.

Hesabat dərc olunduqdan sonra kompaniyanın səhmləri aprelin 29-da keçirilən əlavə hərraclarda 10,5 faiz bahalaşıb. Kapitallaşması isə son 12 ayda 0,6 faiz artaraq 521 milyard dolları keçib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?