30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İranda dərin struktur islahatları aparmaq təklif olunub

İranda dərin struktur islahatları aparmaq təklif olunub

Tehrandakı Əz-Zəhra Universitetinin professoru Ragfer koronavirus pandemiyası ilə əlaqədar ölkədə ağırlaşan iqtisadi şərtlər və ABŞ sanksiyalarının təsirləri barədə Türkiyə mətbuatına şərh verib.

İran iqtisadiyyatının neft-qaz sektoruna əsaslandığına görə ABŞ-ın birtərəfli sanksiyaları səbəbindən neft ixracatında ciddi şəkildə azalma olduğuna diqqəti çəkən Ragfer deyib: "İqtisadiyyat neft satışından asılı olduğuna görə neft gəlirləri aradan qalxan kimi böyük problemlər ortaya çıxıb. Hazırkı şərtlərdə ölkə iqtisadiyyatının strukturu dəyişdirilməli, iqtisadiyyatı neft gəlirlərinin əvəzinə vergi gəlirlərinə bağlı vəziyyətə gətirmək üçün plan hazırlanmalıdır".

Ragfer bildirib ki, hazırda yeganə yol sərvət sahiblərinin vergiyə cəlb edilməsidir. İranda çox yüksək həcmdə vergidən azad sahələr var. Belə düşünürəm ki, bu güzəştlər aradan qaldırılmalıdır, vergilər yığılmalı, vergi sistemi şəffaf və effektiv hala gətirilməlidir. Bundan əlavə özəl sektorun fəaliyyətlərində səmərəlilik artırılmalıdır".

Ölkədə vergidən yayınma halının geniş yayıldığını qeyd edən Ragfer daşınmaz əmlak sektoru ilə yanaşı, birja, alğı-satqı işləri və valyuta bazarı kimi kommersiya fəaliyyətlərindən əldə edilən gəlirlərin vergiyə cəlb edilmədiyini bildirib.

İqtisadçı alim iqtisadi fəaliyyətlərin dövlət əvəzinə özəl sektor tərəfindən həyata keçirilməsinin, özəl sektorun iqtisadiyyatda daha səmərəli olması üçün güclü stimulların yaradılmasının zəruri olduğuna diqqəti çəkib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?