1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ ilə Yaponiyanın imzaladığı ticarət sazişi qüvvəyə minib

Aİ ilə Yaponiyanın imzaladığı ticarət sazişi qüvvəyə minib

Avropa İttifaqı (Aİ) ilə Yaponiya arasında imzalanan ticarət sazişi bu gündən fəaliyyətdədir

Aİ Komissiyası Aİ ilə Yaponiya arasında dörd il müzakirə olunmuş və rəsmi təsdiq prosesləri artıq başa çatdırılmış İqtisadi Tərəfdaşlıq Sazişinin fevral ayının 1-dən qüvvədə olduğunu bəyan edib. Sazişin qüvvəyə minməsi ilə Yaponiyaya ixracatla məşğul olan Avropa şirkətlərinin hər il ödədikləri 1 milyard avro məbləğində verginin böyük hissəsi ləğv ediləcək. Saziş tam gücü ilə işlədikdə Yaponiyanın Aİ-dən idxal etdiyi məhsulların 97 faizinə gömrük vergiləri tətbiq olunmayacaq. Avtomobillərdə beynəlxalq standartları dəstəkləyən sazişə əsasən, bu sektordakı tarifdənkənar əngəllər də aradan qaldırılacaq. Sazişin Aİ ilə Yaponiya arasındakı illik ticarət dövriyyəsini 36 milyard avro artıracağı gözlənilir.

Yeni qüvvəyə minmiş sənədə əsasən, bəzi həssas sektorlarda gömrük vergilərinin müəyyən bir müddət ərzində mərhələli şəkildə azaldılacağı nəzərdə tutulur. Məsələn, Aİ-nin Yaponiyadan idxal olunan avtomobillərə tətbiq etdiyi 10 faizlik gömrük vergisinin 7 il ərzində mərhələli şəkildə ləğv olunması ilə yanaşı, Yaponiyanın da Aİ dövlətlərindən idxal etdiyi süd məhsullarına görə tutduğu gömrük vergiləri mərhələ-mərhələ azaldılacaq. Bu sazişin imzalanması ilə maliyyə, elektron ticarət, telekommunikasiya və rabitə kimi sahələrdə xidmət sektorları üçün yeni imkanlar yaranacaq. Aİ şirkətlərinin Yaponiyadakı dəmir yolları da daxil olmaqla ictimai tenderlərdə iştirak etmələrinə əngəl yaradan səbəblər isə aradan qaldırılacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?