9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstanda sabit ümumi vergidən büdcəyə daxil olan vəsait barədə açıqlama verilib

Qazaxıstanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətindən verilmiş açıqlamada bildirilir ki, bu ilin əvvəlindən Qazaxıstanda tətbiq olunmağa başlayan sabit ümumi vergi (SÜV) üzrə yanvar ayının 25-dək 1.495 fiziki şəxs dövlət büdcəsinə 3,3 milyon tenge (təxminən 17 min manat) vergi ödəyib.

SÜV fərdi sahibkar kimi qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərdən tutulur. Buraya muzdlu işçilərin əməyindən istifadə etməyən, yalnız fiziki şəxslərə xidmət göstərən, vergi agenti olmayan və ya öz həyətyanı sahəsində yetişdirdiyi məhsulları satan şəxslər aid edilir. Bundan başqa, SÜV ödəyicilərinin əhatə dairəsinə kommersiya təyinatlı obyektlərin və ticarət obyektlərinin ərazisində çalışan şəxslər, eləcə də tikili sahəsini icarəyə götürən və bu sahələrin sahibləri, yaşayış sahəsi istisna olmaqla, əmlakı icarəyə verənlər də daxildir. Repititor, xəstə baxıcısı, dayə, tamada kimi fəaliyyətlə məşğul olanlar, vətəndaşlığı olmayan əcnəbilər (oralmanlar – xarici ölkələrdən Qazaxıstana qayıtmış qazaxlar istisna olmaqla) isə SÜV ödəyicisi ola bilməzlər.

SÜV ödəyicisi olan şəxslərin gəlirinin həcmi bir təqvim ili ərzində aylıq hesab göstəricisindən (bir aylıq hesab göstəricisi 11,22 manatdır) 1.175 dəfədən (2,96 milyon tenge və ya 13.183 manat) çox olmamalıdır. Fiziki şəxslər SÜV məbləğini bir neçə ay əvvəldən ödəyə bilərlər. SÜV ödənişi ilə bağlı vergi hesabatının təqdim edilməsi isə tələb olunmur. SÜV həm fərdi gəlir vergisini, həm də sosial ödənişləri əhatə edir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?