30 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı Azərbaycanda məşğulluğu dəstəkləyir

Dünya Bankının Direktorlar Şurasının ötən gün keçirilən iclasında qəbul edilmiş qərara əsasən, məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 milyon dollar kredit ayrılacaq.

"Report"un məlumatına görə, kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir. Adıçəkilən layihə ilə bağlı fikirlərini bölüşən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib ki, bu, Azərbaycan üçün əhəmiyyətli layihədir və cəmiyyətin həssas təbəqələrini əhatə edir: "Bu layihə ən çox əmək bazarından kənarda qalanlara kömək etmək, yoxsulluğun azaldılması və daha əhatəli iqtisadi böyümənin təmin edilməsinə yardım göstərəcək".

Açıqlamada deyilir ki, layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5000 nəfərin əmək şəraiti yaxşılaşacaq.

"Azərbaycan özünə məşğulluğun təşviqi ilə əməkhaqqının rəsmiləşdirilməsi ilə bağlı maneələri aradan qaldırmaq əzmindədir", - layihə üzrə rəhbərlərdən olan Maddalena Honorati deyib.

Onun sözlərinə görə, bu layihə özünə məşğulluq proqramını tamamlayır və bir sıra ölkələrdə sınaqdan keçirilib: "Gözlənilir ki, səmərəliliyini və təsirini genişləndirsin".

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?