31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ vergi ilə bağlı Türkiyəni "qara siyahı"ya salmağı təxirə salıb

Aİ vergi ilə bağlı Türkiyəni "qara siyahı"ya salmağı təxirə salıb

"Reuters" agentliyinin xəbərində Türkiyənin "qara siyahı"ya salınmasının təxirə salınmasının əsas səbəbi kimi hazırda iki tərəf arasında soyumuş əlaqələrə yeni bir gərginlik yaradılmasından çəkinmək göstərilib.

Avropa İttifaqı (Aİ) 2017-ci ildə vergi yayındırmağa şərait yaradan bir sıra fəaliyyətləri qadağan edən qaydaların tətbiqinə başlayıb. Aİ belə bir addımın atılması qərarına şirkətlərin və zəngin insanların vergidən yayınmaq üçün müəyyən üsullara əl atdıqları aşkar ediləndən sonra gəlmişdi.

"Qara siyahı"ya salınmaması üçün keçən ilin sonuna qədər Türkiyənin bəzi qanunları qəbul edəcəyi bildirilmişdi. Həmin qanunlar sayəsində Aİ ilə vergi informasiyalarının avtomatik mübadilə edilməsi gözlənilirdi. Lakin Türkiyə Aİ-nin nəzərdə tutduğu müddət ərzində qaydaları qəbul edib həyata keçirmədi.

"Reuters" müxbirinin sualına cavab verən bir diplomat nəzəri cəhətdən Türkiyənin də "qara siyahı"da olmalı olduğunu, ancaq siyasi səbəblərə görə bu məsələnin təxirə salındığını qeyd edib.

Başqa bir diplomatik mənbə isə bu qanunların qüvvəyə minməsi üçün Türkiyəyə 2020-ci ilin sonuna qədər vaxt verildiyini bildirib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?