31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yaponiya ilə Böyük Britaniya ticarət anlaşması barədə razılıq əldə ediblər

Yaponiya ilə Böyük Britaniya ticarət anlaşması barədə razılıq əldə ediblər

Yaponiya və Böyük Britaniyanın Xarici İşlər nazirləri Toşimitsu Moteqi və Dominik Raab iki ölkə arasında ticarət sövdələşməsinin imzalanması barədə razılığa gəliblər. Anlaşma T.Moteqinin britaniyalı həmkarı ilə fevralın 8-də Tokioda keçirilən görüşündə əldə edilib. Yanvarın 31-də Böyük Britaniya Avropa İttifaqından (Aİ) çıxdıqdan sonra iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ilk görüşdə T.Moteqi və D.Raab təhlükəsizlik üzrə danışıqların da yaxın zamanlarda təşkili barədə razılığa gəldiklərini bildiriblər.

Görüşdən sonra nazirlərin iştirakı ilə keçirilən birgə mətbuat konfransında T.Moteqi deyib: "Yeni ikitərəfli iqtisadi tərəfdaşlıqla əlaqədar ilkin müzakirələr başlanıb. Ümid edirəm ki, biz bu danışıqları imkan daxilində daha tez və sürətlə yekunlaşdıra bilərik".

D.Raab isə bildirib ki, əldə edilən razılaşmaya əsasən, iki ölkə Yaponiya və Aİ arasında 2019-cu ilin fevralında qüvvəyə minmiş iqtisadi tərəfdaşlıq barədə anlaşma kimi yüksək səviyyəli və iddialı müqavilə imzalamağı nəzərdə tutur.

Britaniyalı nazir əlavə edib ki, bu, hər iki tərəfin qaydalara uyğun azad ticarətə sadiqliyini göstərən güclü siqnal olacaq.

T.Moteqi, həmçinin Böyük Britaniyanın 11 ölkənin iştirakı ilə imzalanmış Trans-Sakit Okean Tərəfdaşlığına göstərdiyi marağı dəstəklədiklərini də qeyd edib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?