31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Netflix" şirkəti gəlirlərini ofşorlara köçürməkdə ittiham edilib

"Netflix" şirkəti gəlirlərini ofşorlara köçürməkdə ittiham edilib

Böyük Britaniyanın "Tax Watch" analitik mərkəzinin nəşr etdirdiyi hesabatda film və serialların yayımı ilə məşğul olan "Netflix" xidmətinin vergidən yayındığı iddia edilib. Hesabata əsasən, şirkət vergidən yayınmaq üçün öz gəlirlərini offşor hesablara köçürür.

"Tax Watch" analitik mərkəzinin qiymətləndirməsində göstərilib ki, şirkət öz gəlirlərindən ABŞ sərhədlərindən kənara ümumilikdə 327 milyon dollardan 430 milyon dollara qədər vəsait çıxardıb. Mənfəətin yığılması onun əldə edildiyi ölkələrdə baş vermir. İstehlakçı ölkədən daxil olan vəsaitləri offşor şirkət tutur. Belə görünür ki, bundan sonra əsas şirkət korporasiyadaxili tranzaksiyalar vasitəsilə pulları vergi sığınacaqlarına ötürür.

Hesabatda qeyd edilmiş məsələlərdən biri də budur ki, Böyük Britaniya ərazisində "Netflix" şirkətinə yüksək keyfiyyətli layihələrin qarşılığı olaraq vergi güzəştləri edilir. Analitiklər vergi çıxılmalarının bu il on milyonlarla dollara çatacağını təxmin edirlər. "Netflix"in tətbiq etdiyi sxemə əsasən, şirkət xərcləmələri vergi güzəşti aldığı yerlərdə həyata keçirir, gəlirləri isə verginin az olduğu regionlara köçürür və beləliklə, hər iki sistemin ona yaratdığı üstünlüklərdən faydalanmış olur.

Hesabatla bağlı "Netflix"in cavabında isə bildirilib ki, şirkət öz işlərini apardığı hər bir ölkənin qanunlarına əməl edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?