31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
MDB ölkələri vergilərə aid informasiya mübadiləsi etməyə razılaşıblar

MDB ölkələri vergilərə aid informasiya mübadiləsi etməyə razılaşıblar

Müstəqil Dövlətlər Birliyinin (MDB) vergi orqanları şirkət və vətəndaşların gəlirləri barədə informasiyanın avtomatik mübadilə edilməsinə başlamaq barədə razılığa gəliblər.
Rusiya artıq qlobal səviyyədə 88 yurisdiksiya – 76 ölkə və 12 ərazi ilə vergi informasiyalarının avtomatik mübadiləsində iştirak edir. Digər MDB ölkələrindən məlumat mübadiləsinə qoşulan isə təkcə Azərbaycandır.

MDB çərçivəsində məlumatların mübadiləsi ilə bağlı üzv ölkələrin vergi orqanları protolların formatını artıq təsdiqləyiblər. Hesabatlara şirkət və vətəndaşların başqa ölkələrdə əldə etdikləri gəlirlər, eləcə də onların xaricdəki nəqliyyat vasitələri və daşınmaz əmlakları haqqında məlumatlar daxil ediləcək. Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustin bildirib: "Azərbaycanla məlumat mübadiləsi latın əlifbası ilə aparılacaq, digər ölkələr isə rus dilini əsas kimi qəbul ediblər".

MDB-də məlumatların mübadiləsinə dair protokolu artıq Qazaxıstan və Qırğızıstan qəbul edib, Rusiyada isə prosedurlar bu ilin sonuna qədər yekunlaşdırılacaq. Sınaq məlumat mübadiləsi 2020-ci ilin avqustunda aparılacaq, daimi məlumat mübadiləsinin isə 2021-ci ildən başlanacağı planlaşdırılır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?