28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin hökuməti vergiləri azaltmağı və milli valyutanı sabit saxlamağı planlaşdırır

Çin hökuməti vergiləri azaltmağı və milli valyutanı sabit saxlamağı planlaşdırır

Vergi dərəcələrinin aşağı salınması kiçik biznesə və emal sənayesinə yönəldiləcək

Çin hökuməti vergilərin aşağı salınmasının miqyasını daha da böyütməyi, dövlət xərclərini azaltmağı, kiçik və orta biznesi zəif iqtisadiyyatın stimullaşdırılması çərçivəsində dəstəkləməyi nəzərdə tutub. Bu məqsədə nail olmaq üçün milli valyutanın - yuanın sabitliyinin qorunması və ardıcıl, lakin çevik pul-kredit siyasətinin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bundan əlavə, Çin Xalq Bankı iqtisadiyyatın likvidliyini nəzarətdə saxlamağa və sabit borc yükünü makro səviyyədə dəstəkləməyə çalışır. Bank fondlaşmanın dəyərinin aşağı salınmasına da səy göstərəcək. Maliyyə nazirinin müavini Süy Xuntsayın sözlərinə görə, vergilərin aşağı salınmasının hədəfində, ilk növbədə, kiçik biznes və emal sənayesi olacaq.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?