28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yaponiya elektromobillər üçün subsidiyaların və vergi güzəştlərinin tətbiqini təklif edir

Yaponiya elektromobillər üçün subsidiyaların və vergi güzəştlərinin tətbiqini təklif edir

Yaponiya hökuməti kiçik elektromobillərin əsasən yaşlı insanlar tərəfindən alınması üçün subsidiyalar ayırmağı planlaşdırır. Bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu məqsədlə subsidiyaların gələn ilin aprelindən ayrılması nəzərdə tutulur. İdarəetmə mexanizmi çox sadə olan elektromobillər saatda 60 kilometr sürətlə hərəkət edir. Həmin nəqliyyat vasitələrindən əsasən, yaşlı nəslin nümayəndələrinin istifadə edəcəyi gözlənilir.

Lakin bu elektromobillərin qiymətinin çox baha olması müəyyən çətinliklər yaradır. Belə ki, bir nəfərlik belə nəqliyyat vasitəsinin qiymətinin səkkiz min dollar civarında olduğu bildirilir. Nazirlik bu elektromobillərin satışını stimullaşdırmaq üçün gələn ilin aprelində başlayacaq növbəti maliyyə ilində subsidiyaların və elektromobillərə vergi güzəştlərinin tətbiqini təklif edir.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?