28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu il Macarıstanda investisiya və ixrac rekord səviyyəyə çatıb

Bu il Macarıstanda investisiya və ixrac rekord səviyyəyə çatıb

Macarıstan iqtisadiyyatına yatırımlar rekord səviyyəyə çatıb. Bu barədə Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ölkənin parlamentində çıxış edərkən bildirib. Onun sözlərinə görə, ilin ilk on ayı ərzində 62 böyük müqavilə imzalanıb. Bu layihələrin həyata keçirilməsinə yardım məqsədilə bu müqavilələrə ölkə xəzinəsindən daha 129 milyard forint (386 milyon avro) əlavə olunub. Yeni layihələrin 9.682 yeni iş yerinin açılmasına səbəb olacağı gözlənilir.

Yatırımlara ümumilikdə 3 milyard avro həcmində elektron mobillik ("e-mobility") sahəsində Cənubi Koreya şirkəti ilə 10 layihə və Yaponiya şirkətləri ilə 4 layihə daxildir. Nazir, həmçinin hökumətin investisiyaların təşviqi sxeminin köməyi ilə yeni iş yerlərinin artırılması barədə xəbər verib.

Siyarto Macarıstan ixracatının səviyyəsini də yüksək qiymətləndirib: 2018-ci ildə ixracat 104,8 milyard avroyadək yüksəlib ki, bunun da nəticəsində Macarıstan dünyanın ildə 100 milyard avro həcmində ixracata malik 35 ölkəsi sırasına qoşulub. 2019-cu ilin ilk 8 ayında ixracat 72,2 milyard avro təşkil edib. Bu, ötən illə müqayisədə 4 faiz çoxdur. Nazirin fikrincə, Macarıstan ilin sonunadək "bütün milli ixracat illəri ərzində ən yaxşı nəticə" müəyyən edə bilər.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?