28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyədə turizm vergisi gələn ildən qüvvəyə minəcək

Türkiyədə turizm vergisi gələn ildən qüvvəyə minəcək

Türkiyə parlamentinin Vergi və büdcə komissiyası gələn ildən oteldə bir sutka qalmaq üçün 6 lirədən 18 lirəyədək vergi tutulması təklifini irəli sürüb. Bu təklifə görə, bir həftəlik beşulduzlu otel sifariş verən qonaq Türkiyənin dövlət büdcəsinə təxminən 22 dollar vergi ödəməli olacaq. Bundan əvvəl Maliyyə Nazirliyi gələn ildən otel nömrəsinin qiymətinin 1 faizindən 6 faizinədək vergini otel sahiblərindən tutmağı təklif etmişdi. Parlamentdəki müzakirələrdən sonra verginin turistlərin üzərinə keçirilməsi gündəliyə gətirildi. Qanunun qəbul ediləcəyi təqdirdə 12 yaşdan yuxarı hər bir turist oteldə qalmağa görə vergi ödəməli olacaq və həmin verginin məbləği otelin kateqoriyasından asılı olaraq 6 lirədən 18 lirəyədək dəyişəcək.

Türkiyədə otel biznesi ilə məşğul olan işgüzar dairələr bu təşəbbüsə öz etirazlarını bildiriblər.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?