30 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Huawei" Portuqaliyada 90 milyon avro məbləğində vergi ödəyib və 900 iş yeri yaradıb

Çinin "Huawei" şirkəti 2018-ci ildə Portuqaliyanın ümumi daxili məhsuluna (ÜDM) 50 milyon avro, bütün Avropa üzrə ÜDM-ə isə 12,8 milyard avro məbləğində təsir göstərib. Britaniyanın "Oxford Economics" konsaltinq şirkətinin məlumatına görə, "Huawei" Portuqaliyada 90 milyon avro məbləğində vergi ödəyib və ölkədə 900 iş yeri yaradıb.

"Oxford Economics"in məlumatı Parisdə keçirilən "Huawei" İnnovasiyalar Günündə təqdim edilib. Hesabata görə, Portuqaliya Çin şirkətinin Avropada iqtisadi təsir göstərdiyi əsas ölkələrindən deyil. Bu siyahıda Macarıstan liderlik edir. Macarıstanda "Huawei"dən ÜDM artımı 0,39 faiz təşkil edib. Həmin göstərici İsveçrədə 0,16 faiz, Böyük Britaniyada 0,14 faiz, Rumıniyada 0,13 faiz, Finlandiyada 0,12 faiz, Niderland, İsveç və Litvada 0,10 faiz, Almaniya və Bolqarıstanda 0,09 faiz təşkil edib.

"Huawei"in Çinin hüdudlarından kənarda ən iri bazarı Avropadır. Şirkət 5G mobil internet texnologiyasının inkişafı sahəsində liderlərdən biridir və onun 50 lisenziyasından 28-i Avropa operatorları üçün işləyir.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?